"Həmişə Bakıya gəlmək, konsertlər vermək istəyirəm" - Özəl

"Uzun zamandır ailəmlə Türkiyədə yaşayıram. Bildiyiniz kimi ailə üzvlərim də musiqiçidir. Ölkəmizi Türkiyədə təmsil edirik. Ürəyimiz həmişə Vətənimizlə döyünür. Çoxdandır ki, Azərbaycanda konsert vermirdim. Diasporla iş üzrə Dövlət Komitəsinin dəvəti bizi çox sevindirdi və ailə üzvlərimin də iştirak ilə Bakıda möhtəşəm konsert verdik. "Vətən uzaqda deyil" adlı konsert Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və 28 May - Azərbaycan Demokratik Respublikasının yaradılmasının 101-ci ildönümünə həsr edilmişdi. Konserə dəvət aldığımza görə çox məmnun olduq. Harada yaşamağımızdan asılı olmayaraq hamımız bir olduqdan sonra Vətən doğrudan da uzaqda deyil. Onu deyim ki, Filarmoniyanın səhnəsi üçün darıxmışdım. Son dəfə maestro Niyazı ilə çıxış etmişdim".

Bu sözləri SİA-ya Əməkdar artist, Azərbyacanı Türkiyədə layiqincə təmsil edən pianist İslam Manafov deyib. O, bildirib ki, bü günlərdə Bakıda verdikləri konset çox gözəl keçib. Bizə göstərdiyi yüksək diqqətə görə, Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlova təşəkkürümüzü bildirirəm. Biz hər zaman diaspor xətti ilə çıxışlar etmişik və buna hər zaman hazırıq. Qardaş Türkiyədə yaşasaq da Bakı üçün, Azərbaycan üçün darıxırıq. Əsas odur ki, harada yaşayıqır-yaşayaq ölkəmizi yüksək səviyyədə təmsil edək. Onu da deyim ki, bir neçə gün öncə Özbəkistanda da 28 may- Respublika Günü və Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan gözəl konsertimiz oldu. Bu təşkilatçılığa görə, Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədova təşəkkür etmək istəyirəm. Bu konsertlərin yüksək səviyyədə keçməsi bizi sevindirir. Konsertdə qızım, drifor və ifaçı Turan Manafzadə, oğlum bəstəkar-pianist Abuzər Manafzadə, gəlinim Karen Onidia danger- Manfazadə iştirak etdi. Bütün ailəmiz konserdən olduqca məmnun qaldıq. Həmişə Bakıya gəlmək, belə konsertlər vermək istəyirəm".

Məlumat üçün bildirək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyilə keçirilən konsert ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və 28 May - Azərbaycan Demokratik Respublikasının yaradılmasının 101-ci ildönümünə həsr edilib.

Konsertdə Sergey Rahmaninovun piano və orkestr üçün 3 nömrəli konserti (piano -İslam Manafov, dirijor - Abuzər Manafzadə), Jud Fridman və Alan Riçin “Run to You”, Rauf Hacıyevin “Azərbaycan” (vocal -Karen Danger-Manafzadə, dirijor -Turan Manafzadə), Abuzər Manafzadənin balaban və simfonik orkestr üçün konsert kimi əsərlər ifa olunub. Balaban və zərb alətlərində Nicat Məsimov və Mehman Xalıqzadə ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...