"Ailə üzvlərim bu xəbərə məndən çox sevindi" - Özəl

"Bu, mənə, necə deyərlər, sürpriz oldu. Özüm xəbərsiz idim. "Xalq artisti" adına layiq görülməyim bütün ailəmiz üçün sevindirici haldır. Ailə üzvlərim bu xəbərə məndən çox sevindi. Çoxlu təbriklər, zənglər alıram. Məni "Xalq artisti" adına layiq gördüklərinə görə, Prezidentimizə minnətdaram. Düzü təqdimatın olunduğundan xəbərim yox idi. Yəqin ki, bundan sonra daha da həvəslənəcəyəm".

Bu sözləri SİA-ya yenicə "Xalq artisri" adın alayiq görülən sevilən sənətçi, pionist, bəstəkar-ifaçı Cavan Zeynallı deyib. O, bildirib ki, hədsiz mesajlar, zənglər alır: "Mən 50 ildən çoxdur ki, sənətdəyəm. Səhnə bizim üçün hər şeydir. Hər zaman da sənətimlə, yaradıcılığımla xalqıma, dövlətimə, mədəniyyətimizin inkişafına xidmət etməyə, azacıq da olsa töhfə verməyə çalışmışmışam. Bundan sonra da bu yolda daha həvəslə yürüyəcəyəm. Həmişə inkişaf etmək lazımdır. Fəxri ada layiq görülməyimlə bağlı dövlətimə, ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Mədəniyyət naziri Əbülfəs Qarayevə də təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə