"Fəxri ad yaradıcılığıma verilən ən gözəl qiymətdir" - Özəl

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mayın 25-də mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Təltif olunanlar arasında tanınmış yazıçı, maraqlı kitablar müəllifi Natiq Rəsulzadə də var. O, Xalq yazıçısı adına layiq görülüb. SİA-ya açıqlamasında Xalq yazıçısı bildirib ki, bu ad onun yaradıcılığına verilən ən gözəl qiymətdir: "Təbriklərin ardı-arası kəsilmir. Cənab Prezidentimizin bizə göstərdiyi diqqət unudulmazdır. Yaradıcı insan üçün bu böyük diqqətdən gözəl nə ola bilər?! Bu məsuliyyəti layiqincə davam etdirmək əsas şərtdir. Həm qürur, həm məsuliyyət, həm də fərəh hissi keçirirəm. Təbrik edən bütün insanalara öz təşəkkürümü bildirirəm"

Bütün xəbərlər Facebook səhifəmizdə