“Muğam müsabiqəsində iştirak təkcə tanınmaq deyil” - Özəl

“İlk təhsilimi Şamaxıdakı musiqi məktəbində almışam. Hazırda Xalq artisti Zabit Nəbizadədən muğamların sirrini öyrənirəm. Müsabiqəyə bir neçə dəfə qatılmaq istəsəm də düşə bilmədim. Muğam müsabiqəsində iştirak təkcə tanınmaq deyil, həm də böyük məsuliyyətdir”. Bu sozləri SİA-ya gənc ifaçılardan Vəliş Mirzəyev deyib.

O, bildirib ki, bu, bütövlükdə muğamın məsuliyyətidir: “Gərək elə edəsən ki, uzun tarixi bir yol gələn muğam sənətimizin tanınmasına, inkişafına töhfə verə biləsən”.

Bütün xəbərlər Facebook səhifəmizdə