Fərdi İsmayılovun əsərləri nümayiş olunub

Lüksemburqda “Qarabağ” Mədəniyyət Mərkəzində bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə rəssam Fərdi İsmayılovun əsərlərindən ibarət sərgi açılıb. Ölkəmizin Lüksemburqdakı səfiri çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. “Qarabağ” Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən diplomat səfirliyin bu mərkəzin fəaliyyətinə hər zaman dəstək verməyə hazır olduğunu bildirib. Azərbaycan mədəniyyət xadimlərinin, rəssamlarının, xüsusilə də gənc rəssamların bu ölkədə tanıdılmasının təşviq edilməsinin əhəmiyyətinə toxunub.

Diqqətə çatdırılıb ki, Azərbaycanın Qarabağ regionunda anadan olmuş rəssam Fərid İsmayılov ilk təhsilini Bakıda Əzim Əzimzadə adına rəssamlıq kollecində alıb. Dövlət Rəssamlıq Akademiyasında təhsil alarkən qrafik sənət və rəssamlıq işləri ilə fərqlənib. 2016-cı ildən Almaniyada yaşayan F.İsmayılov İncəsənət və sosial elmlər Alanus Universitetinin tələbəsi olub. Gənc rəssam rəsmlərini intuisiya ilə seçir, yaradıcılığında portretlərə xüsusi yer verir. Əsərlərində müxtəlif texnikalardan, neftdən, akvarel boya və qələmdən istifadə edir. Onun əsərləri Azərbaycan və Almaniyada sərgilərdə nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə