“Sərgi rəssamın 20 illik yaradıcılığının retrospektividir“ - Mövqe

“Sərgi Aydın Rəcəbovun son 20 il ərzindəki yaradıcılığının retrospektividir. Rəssamın yaradıcılıq prosesini ilk rəsmdən başlayaraq hazır xalçaya qədər dinamikada izləməyə imkan yaradır”. SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova Azərbaycan Xalça Muzeyində Əməkdar rəssam Aydın Rəcəbovun 75 illiyinə həsr olunmuş “Ənənələrin gələcəyi” adlı sərgidə deyib.

Muzey direktoru rəssamın Abşerona, onun təkrarolunmaz ab-havasına həsr olunmuş bir sıra əsərini xüsusilə vurğulayıb. O, həmçinin Xalça Muzeyi ilə uzunmüddətli və məhsuldar əməkdaşlığına görə Aydın Rəcəbova minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə