"Sevinirəm ki, Ukraynanın paytaxtında Nəsiminin heykəli qoyulub" - Mövqe

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir-şair İmadəddin Nəsiminin heykəlinin rəsmi açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, Kiyev şəhər meri Vitali Kliçko çıxışına mütəfəkkir şairimizin sitatları ilə başlayıb.

O bildirib ki, Kiyevin mərkəzi hissəsində Nəsimi kimi tanınmış bir şəxsin heykəlinin ucaldılması sevindirici haldır. “Çox sevinirəm ki, Ukraynanın paytaxtında Azərbaycan xalqının böyük oğlunun heykəli açılıb. Bu, bir daha Ukrayna və Azərbaycan xalqlarının bir-birinə verdiyi dəyərin nəticəsidir. Hər iki ölkənin dövlət himnləri səslənəndə, ukraynalı və azərbaycanlılar əllərini ürəklərin başına qoydu. Bu onu göstərir ki, hər bir azərbaycanlı Ukraynanı, hər bir ukraynalı isə Azərbaycanı öz evi kimi qəbul edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə