“Bu, zəhmət, istedad və şansdan asılıdır” ÖZƏL

“Növbəti kitabım janrına görə siyasi detektivdir. Burada maraqlı hadisələrdən, iştirakçısı olduğum əhvalatlardan yazılıb”. SİA-nın məlumatına görə, bu fikirləri Xalq şairi Çingiz Abdullayev “Azərkitab” Kitab Təbliğatı Mərkəzində “Torjestvo xama” kitabının təqdimatı zamanı deyib.

O, əlavə edib ki, Amerika yazıçısı Rey Bredberini çox sevir: “Eyni zamanda, Heminquey, Remark, Şekspir, Dostoyevski, Ayzek Azimov və Con Uindomun əsərlərini də maraqla oxuyuram. Azərbaycan yazıçılarından isə Anarın, Natiq Rəsulzadənin kitablarından təsirlənmişəm. Peşəkar yazıçı olmağın sirrinə gəldikdə isə bu, zəhmət, istedad və şansdan asılıdır. Bu, hər adama nəsib olmur. Bu yolu seçən adam ilk növbədə özünə inanmalı, çox oxumalı və dünyanı öyrənməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə