“Vətən uzaqda deyil” adlı konsert keçiriləçək

"Mayın 25-də, Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Vətən uzaqda deyil” adlı konsert keçiriləçək. Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyilə keçirilən konsert Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və 28 May – Azərbaycan Demokratik Respublikasının yaradılmasının 101-ci ildönümünə həsr edilir". SİA-nın məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı bildirib.

Məlumat üçün bildirək ki, konsertdə Sergey Rahmaninovun piano və orkestr üçün 3 nömrəli konserti (piano – İslam Manafov, dirijor – Abuzər Manafzadə), Jud Fridman və Alan Riçin “Run to You”, Rauf Hacıyevin “Azərbaycan” (vocal – Karen Danger-Manafzadə, dirijor – Turan Manafzadə), Abuzər Manafzadənin balaban və simfonik orkestr üçün konsert kimi əsərlər ifa olunacaq.

Musiqiçiləri balaban və zərb alətlərində Nicat Məsimov və Mehman Xalıqzadə müşayiət edəcəklər.

Tədbir saat 19:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə