İlyas Əfəndiyevin xatirəsi anılıb -TƏDBİR

Bu gün Azərbaycan Milli Kitabxanasında görkəmli dramaturq, Xal yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 105 illiyi münasibətilə “İlyas Əfəndiyev-105” adlı elektron məlumat bazasının təqdimatı olub. SİA-nın məlumatına görə, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə tanınmış elm adamları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mili Kitabxananın direktoru Kərim Tahirov görkəmli yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib, onun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, İlyas Əfəndiyevin 1939-cu ildə nəşr edilmiş “Kənddən məktublar” kitabı ədəbiyyatımızda sonralar məşhur 60-cı illər deyilən ədəbiyyatın əsasını qoyub. Yazıçı “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, eləcə də dram əsərləri ilə ədəbiyyata ilk dəfə lirik-psixoloji üslub gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə