"Muğama və klassik musiqiyə maraq heç vaxt azalmır" - ÖZƏL- AÇIQLAMA

"Azərbyacan Milli Konservatoriyada daim maraqlı konsertlər, gözəl görüşlər və ustad dərsləri keçirilir. Növbəti konsertlərdən biri də "İnstrumental Muğam " kafedrasının müəllim və tələbələrinin iştirakı ilə olacaq. musiqisevərləri bu konsertə dəvət edirik". Bu barədə SİA-ya özəl açıqlamasında Əməkdar artist, Azərbyacan Milli Konservatoriyanın dosenti Elnur Əhmədov bildirib.

O, əlavə edib ki, muğama və klassok musiqiyə maraq daim var və bu maraq getdikcə artmaqdadır: "May ayının 29-da gözəl musiqi gecəsi olacaq. Proqrama Azərbaycan xalq rəqs melodiyaları daxildir. Konsert Təhsil Nazirliyinin və Milli Konservatoriyanın təşkilatçılığı ilə keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...