Əməkdar artist: "Ustad dərsləri keçirəm" - ÖZƏL

"Yaradıcı insan daim fəaliyyətdə olmalıdır. Mən də buna çalışıram. Artıq ikinci dəfədir ki, jurnalistika fakultəsinin tələbələri ilə danışıq sənətindən ustad dərsi keçirirəm. Bu dəfə Əməkdar jurnalist, hörmətli Cahangir Məmmədli də bizim bu birliyimizə xeyir-dua verdi". Bu sözləri SİA-ya açıqlamasında tanınmış qirayətçi, Əməkdar artist Azad Şükürov deyib.

O, əlavə edib ki, artıq bir necə ildir ki, Bakı Dövlət Universitetinin professoru, hörmətli Nəsir Əhmədli ilə aramızda dostluq münasibəti var: "Bu dostluğun müsbət nəticəsini tələbələrimiz də hiss edirlər. Belə ki, ustad dərslərini verməyim elə Nəsir müəllimin təşəbbüsü ilə olub".

Bütün xəbərlər Facebook səhifəmizdə