Oman yazıçısı Buker mükafatına layiq görülüb

Oman yazıçısı və müəllimi Coxa Alharthi 2019-cu ilin Beynəlxalq Buker Mükafatına layiq görülüb. Müsabiqənin münsiflər heyəti Coxa Alhartini “Səma cisimləri” (Celestial Bodies) kitabına görə bu mükafata layiq görüb. Əsərdə üç nəsil Oman ailəsindən bəhs edilir.

Buker mükafatı (Man Booker Prize for Fiction) 1968-ci ildə Buker-Makkonnel tərəfindən təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən mükafat hər il təqdim olunur.

Bu və ya digər dildə yazılan, ingilis dilinə tərcümə edilərək Böyük Britaniyada nəşr etdirilən konkret romana və ya hekayələr toplusuna görə verilən mükafatın məbləği 50 min funt-sterlinqdir. Bu məbləğ əsərin müəllifi və tərcüməçisi arasında bölünür.

Bütün xəbərlər Facebook səhifəmizdə