Nazir: "Uşaq Filarmoniyası bizim təhsil sisteminin ayrılmaz hissəsidir"

“Nəhayət uzun illərdən sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının binasının əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışını edirik. Azərbaycan Dövlət Filarmoniyası 1991-ci ildən etibarən fəaliyyət göstərir. Azərbaycanın müxtəlif mədəniyyət kollektivində çalışan adlı-sanlı sənətkarların bir çoxu bu mədəniyyət ocağının yetirməsidir". SİA-nın məlumatına görə, bu sözləri bu gün Uşaq Filarmoniyasının açılışında mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

O, əlavə edib kli, Dövlət Uşaq Filarmoniyası bizim təhsil sisteminin ayrılmaz hissəsidir: " Burada təhsil alan uşaqlar bir neçə istiqamət üzrə özlərini formalaşdırıb inkişaf etdirilər. Hazırda burada 500-dək uşaq təhsil alır. Bu ocaqda həm rəqs, həm rəssamlıq, həm də digər sənət növləri tədris edilir. Dövlət Uşaq Filarmoniyasında iki məşhur orkestr-Uşaq Simfonik Orkestri və Uşaq Xalq çalğı Alətləri Orkestri fəaliyyət göstərir. Düşünürəm ki, burada təhsil alan uşaqlar ölkəmizi beynəlxalq tədbirlərdə layiqincə təmsil edəcəklər. Fürsətdən istifadə edib, Prezident İlham Əliyevə bu işin gerçəkləşməsində bizə göstərdiyi dəstəyə görə təşəkkür edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə