Uşaq Filarmoniyasının açılışı olub - TƏDBİR

Bu gün Azərbaycan Dövlət Uşaq Filarmoniyasının binasının əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışı olub. Açılışda iştirak edən mədəniyyət naziri Əbülfəs Qareyev Dövlət Uşaq Filarmoniyasının fəaliyyətindən danışıb.

Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar İncəsənət xadimi Dilarə Əliyeva çıxış edərək rəhbəri olduğu qurum haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Filarmoniya uşaqların bədii-estetik inkişafında, istedadın üzə çıxmasında, onların formalaşması ilə əlaqədar daim sistemli iş aparır. Azərbaycanın mədəniyyətini, xalq rəqslərini, mahnılarını, muğamın incəliklərini itirməmək və bəstəkarlarımızın, şairlərimizin əsərlərini gənc nəsillər tərəfindən qoruyub saxlamaq Filarmoniyanın əsas məqsədidir. Burada geniş konsert və maarifçilik fəaliyyəti aparılır, uşaq auditoriyasını milli-mənəvi sərvətlərə yaxınlaşdıraraq uşaqların arasından istedadlar aşkar edilir. İl ərzində Uşaq Filarmoniyasında 4 yaşından 18 yaşınadək 500-dən artıq uşaq fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə