Ölkəmiz Pekində mədəniyyət festivalında

Çinin nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Dillər və Mədəniyyət Universitetində ənənəvi beynəlxalq mədəniyyət festivalı keçirilib. SİA-nın məlumatına görə, 90 ölkənin milli stendlərinin quraşdırıldığı festivalda Azərbaycanı bu ali təhsil ocağında, habelə Pekindəki digər universitetlərdə oxuyan tələbələrimiz təmsil ediblər.

Ölkəmizin Pekindəki səfirliyinin dəstəyi ilə hazırlanan stenddə Azərbaycanın tarixinə, mədəniyyətinə, müasir inkişafına, turizm potensialına dair materiallar, o cümlədən müxtəlif dillərdə nəşrlər, geyim nümunələri, milli ornamentli suvenirlər nümayiş olunub.

Azərbaycan stendini ziyarət edənlərə milli mətbəximizin təamlarından plov, şirniyyatlarımızdan paxlava və şəkərbura təqdim olunub. Bundan başqa, stenddə Azərbaycan istehsalı olan məhsullar da nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə