İncəsənət əsərlərinin ilk hərracı -TƏDBİR-FOTOLAR

Bu gün Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyasının və “Auction Baku” MMC-nin təşkilatçılığı ilə “Hilton Baku” otelində ilk dəfə olaraq incəsənət əsərlərinin hərracı keçirildi. SİA-nın məlumatına görə, hərrac respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliyini gücləndirmək məqsədilə reallaşıb.

Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirib ki, bu, sənət tariximizdə ilk hadisədir və gələcəkdə də davam edəcəkdir: “Ümid edirəm ki, Azərbaycanda hərraca getmək, müəllif kolleksiyasının zənginləşdirilməsi ənənəsi yaranacaqdır”.

Hərraca Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Genadiy Brijatyuk, Zakir Hüseynov, Tofiq Cavadov, İlham Mirzəyev, Mirazər Abdullayev, Mahmud Rüstəmov, Aslan Rüstəmovun əsərləri, “İnqermandland” adlı I Pyotr dövrünə aid döyüş gəmisinin maketi çıxardılıb.

Hərracda Mirazər Abdullayevin “Sürət”, Mahmud Rüstəmovun “Yarpaqlar”, Aslan Rüstəmovun “Bahar”, Şamil Cəfərovun “İnqermandland” gəmisi əsərləri satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə