"Vaxtilə saraylarda musiqi gecələri ənənəsi olub" - ÖZƏL- AÇIQLAMA

"Azərbaycanın ən qədim xalq musiqi olan muğamın təbliğinə həsr edilmiş tədbirlərin qədim məkanda təşkili olduqca gözəl haldır. Klassik musiqi və tarixi məkanımızın bir vəhdətdə təqdim edilməsi şəhərimizin sakinləri və qonaqlarına qeyri-adi bir hiss bəxş edəcək. Belə musiqili tədbirin keçirilməsində məqsəd xalqımızın tarixi qədər qədim olan, böyük təkamül yolu keçmiş musiqi mədəniyyətimizi təbliğ etməkdir". Bu sözləri “Saray məclisi” adlı gecənin aparıcısı Əməkdar artist Rahib Azəri bildirib.

O, SİA-ya verdiyi özəl açıqlamada əlavə edib ki, milli musiqimizi tərənnüm edəcək konsert proqramının minillik tarixi olub. Bu konsertin ən uzunömürlü orta əsr dövlətimizin iqamətgahı olan Şirvanşahlar Sarayı Kompleksində keçirilməsi heç də təsadüfi deyil. Bu gün “Saray məclis”lərinin təşkil edilməsi vaxtilə sarayda keçirilmiş məşhur “şərq gecələri”, “musiqi məclisləri” ənənəsinin yaşadılmasına xidmət edir. Belə musiqi gecələri daim davam etdirilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə