Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filminin təqdimatı keçiriləcək.

Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, ekran əsəri “Milli qəhrəmanlar” silsiləsindən “Salnaməfilm” studiyasında Çingiz Həsənovun rejissorluğu ilə çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə