Hacı İsmayılov: “Bəzi hissləri sözlə ifadə etmək çətindir” - ÖZƏL

“İncəsənət insanları ömrünü sənətə, səhnəyə həsr edir. Ömrümün bu yaşında ölkə rəhbərliyindən gördüyüm diqqətə, qayğıya görə şadam. Mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü əhəmiyyətli bir hadisə oldu. Bu görüşdən sonra çox gözəl addımlar atıldı”. Bu sözləri SİA-ya özəl açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, "Şöhrət" ordenli Hacı İsmayılov deyib.

O, əlavə edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın diqqəti sayəsində mədəniyyət sahəsinə diqqət daha da çoxaldı: "Verilən fəxri adlar, mükafatlar, təqaüdlər, yaradıcı axşamlar və yubileylərin keçirilməsi, yaradıcı insanların evlə təmin olunması və onların rifah halının yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir. Bu, mədəniyət və incəsənət xadimləri üçün böyük stimuldur. Ümummilli lider Heydər Əliyev teatr sənətini çox sevirdi. O, teatr səhnəsini müqəddəs ocaq hesab edirdi. Sevindirici haldır ki, ulu öndər Heydər Əliyevin bu yolunu Prezident İlham Əliyev davam etdirir. Mən həm öz adımdan, həm də mədəniyyət xadimləri adından böyük diqqəti üçün cənab Prezidentimizə təşəkkür edirəm. Bəzi hissləri sözlə ifadə etmək çətindir”.

Bütün xəbərlər Facebook səhifəmizdə