Azərbaycan "Eurovision 2019"-da 7-ci yeri tutub

İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb.

SİA-nın verdiyi xəbərə görə, "Dare to Dream" ("Arzulamağa cürət et") şüarı altında təşkil olunan builki yarışmada Niderland təmsilçisi səsvermə zamanı 492 xal toplayaraq birincilik qazanıb. Qeyd edək ki, Niderland “Eurovision” yarışmasında 58 dəfə iştirak edib və bu qələbə ilə 5-ci dəfə müsabiqəyə ev sahibliyi edəcək.

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində İtaliya ikincisi, Rusiya isə üçüncüsü olub.

Yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb. Azərbaycanlı ifaçı Çingiz Mustafayev “Truth” mahnısı ilə 20-ci olaraq səhnəyə çıxıb. Təmsilçimiz yarışmanı 7-ci sirada başa vurub.

Qeyd edək ki, müsabiqədə ümumilikdə 42 ölkə iştirak edib. Yarışanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da başa çatıb.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycanın da uğurla ev sahibliyi etdiyi müsabiqə 64-cü dəfədir təşkil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə