“Qoruğa gələn turistlərin sayı 40 mini ötüb” - AÇIQLAMA

Bu gün Qobustan Milli-Tarix Bədii Qoruğunda keçirilən konsetqabağı direktoru Vüqar İsayev Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən söz açıb.
SiA-nın məlumatına görə, o, vurğulayıb ki, muzeylər günü münasibətilə bu gün bütün muzeylərdə, qoruqlarda "açıq qapı" günü elan olunub: "Bununla əlaqədar, bu gün Qobustan muzeyində də turistlər üçün giriş sərbəstdir. Bugünkü tədbirlə bağlı Kukla teatrı ilə kiçik bir səhnəcik də hazırlamışıq. Muzeyimizin qonaqlarının asudə vaxtlarının səmərəli keçirilməsi üçün konsert proqramı təşkil etmişik. Azərbaycana təşrif buyuran turistlərim çoxu Qobustan Milli-Tarix Bədii Qoruğunu ziyarət edirlər.
Onun sözlərinə görə, yanvar ayından Qobustana gələn yerli vətəndaş və xarici turistlərin ümumi sayı 40 min nəfər təşkil edib. Son günlər muzeyi ziyarət edənlərin sayı 1200 nəfəri ötüb. Keçən illə müqayisədə bu il böyük artım müşahidə olunur. Qoruq olaraq işlərini gərgin vəziyyətdə aparan muzey işçiləri ziyarətçilər üçün yaxşı şəraitin yaradılmasına çalışırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə