"Mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur" - AÇIQLAMA

“Prezident İlham Əliyev hər zaman müxtəlif sahələrdə çalışan insanların əməyini yüksək qiymətləndirərək onları mükafatlandırıb. Ölkə həyatının digər sahələrindən fərqli olaraq, mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur". SİA-nın məlumatına görə, bu sözləri bu gün keçirilən təqdimat mərasimində nazir Əbülfəs Qarayev deyib.

O, əlavə edib ki, bu da özlüyündə mədəniyyət aləmində əldə olunan nailiyyətləri əks etdirir: "Sevindirici haldır ki, bu gün iki ayrı sahənin əməkdaşlarına mükafatlar təqdim edirik. Burada bizim Xalq artistimiz Hacı İsmayılov Azərbaycanın sevilən aktyorlarından biridir. Onun teatrda, kinoda yaratdığı obrazlar öz unikallığı ilə fərqlənir. Onun oynadığı hər bir rolun öz xarakteri var. Əməkdar artist Yadigar Muradov da uzun illərdi Şuşa Dövlət Dram Teatrına rəhbərlik edir. Onun rəhbərliyi ilə Şuşa Teatrı maraqlı tamaşalar səhnəyə qoyur. Ötən ilin sonlarında teatr üçün yenidən qurulmuş bina verildi. İnanırıq ki, çox da uzaq olmayan bir vaxtda Şuşa Teatrı doğma məkanında- Şuşada öz fəaliyyətini davam etdirəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə