"Türkmənistanın Xalq artisti adı ilə fəxr edirəm" - AÇIQLAMA

Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) idarə heyətinin sədri Polad Bülbüloğlu MDB ölkələrinin Yaradıcı və Elmi Ziyalılarının XIV forumundakı çıxışında gənclər siyasəti və təhsil mövzusunu davam etdirib. SİA-nın məlumatına görə, forumda MDB-nin ali orqanları tərəfindən bu məsələlərə dair 35 sənəd: ali təhsil haqqında diplomların tanınması barədə, pedaqoji işçilərin ixtisasının artırılması haqqında, MDB ölkələrinin əmək bazarlarında tələbat nəzərə alınmaqla mütəxəssislərin ixtisas səviyyəsinin artırılması və yenidənhazırlanması üçün 17 ali məktəbə MDB dövlətlərinin baza təşkilatları statusu verilməsi haqqında və sair sazişlər qəbul edilib.

Polad Bülbüloğlu mədəni əməkdaşlıq sahəsini xüsusi qeyd edərək, bu istiqamətdə ən mühüm layihə və tədbirləri, beynəlxalq və milli aksiyaları göstəri.

Polad Bülbüloğlu fürsətdən istifadə edərək, ona göstərilmiş etimada görə forumun tribunasından Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova, habelə bütün türkmən xalqına dərin minnətdarlığını bildirib. DHƏF rəhbəri deyib: “Sizin etimadınızı doğrultmağa çalışacağam və bu yüksək adı ömrümün axırına qədər qürurla daşıyacağam”.

Bütün xəbərlər Facebook səhifəmizdə