"Göstərdiyi diqqətə görə Prezidentimizə və Birinci xanıma minnətdaram" - ÖZƏL

Xəbər verdiyimiz kimi Ulu Öndər Heydər Əliyevin anım günündə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən milli musiqi irsimizin yaşadılması və dünyada tanıdılmasına xidmət edən layihələrdə fəal iştirakına və səmərəli əməkdaşlığına görə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Əməkdar artist Fuad İbrahimova "Qızıl çinar" beynəlxalq mükafatını təqdim edildi. SİA Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Əməkdar artist Fuad İbrahimovun mükafatla bağlı özəl fikirlərini oxuculara təqdim edir.

"Mənə verilən "Qızıl çinar" mükafatına və göstərilən diqqətə, qayğıya görə, ölkə Prezidentinə və Birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Bu mükafat məndə çox böyük məsuliyyət oyadıb. Ölkəmizi xaricdə daim layiqincə təmsil etmək üçün böyük həvəs verib".

Əməkdar artist əlavə edib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada iki təhsil alıb: " Bundan başqa, Fondun təşəbbüsü ilə xaricdə keçirilən çox sayda konsertlərdə iştirak etmişəm. Onu da deyim ki, ötən il mənim həyatımda çox böyük rol oynadı. Parisdə keçirilən dirijorların beynəlxalq müsabiqəsində qalib oldum. Bu, çox nüfuzlu müsabiqə idi və mənə uğur gətirdi. Bütün bunlar Heydər Əliyev Fondunun dəstəyi ilə baş verdi. Mən mədəniyyət sahəsinə göstərdiyi böyük diqqətə görə Prezidentimizə və xanımına minnətdaram".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...