Azərbaycan Gürcüstanda təmsil olunacaq -SƏRGİ

Sabah Gürcüstan paytaxtında Tbilisi incəsənət sərgisi (Tbilisi Art Fair) açılacaq. 16 ölkədən 33 qalereya və 38 rəssamın qatılacağı beynəlxalq sərgidə Azərbaycan da təmsil olunacaq. SİA-nın məlumatına görə, iştirakçı ölkələr arasında Gürcüstanla yanaşı, Azərbaycan, Fransa, İtaliya, Bolqarıstan, Serbiya, İsveçrə, Avstriya, Çin, ABŞ, Kuba, Belçika, Almaniya, İspaniya, Portuqaliya və Litva da var.

Mayın 19-dək davam edəcək sərgi iki pavilyonda təşkil olunacaq. Pavilyonların birində yerli və xarici ölkələrin qalereyalarının əsərləri sərgilənəcək, digərində isə iştirakçı rəssamlar üçün seminarlar təşkil olunacaq.

Tədbir Gürcüstan hökuməti və Tbilisi meriyasının dəstəyi ilə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə