Ramiz Rövşənlə maraqlı görüş keçirildi - ÖZƏL- FOTOLAR

Bu gün tanınmış söz ustası, sevilən şair Ramiz Rövşənin kitab təqdimatı və imza günündə olub. SİA-nın məlumatına görə, görüş anşlaqla keçib. LIBRAFF-ın Park Akademiyasında olan görüşdə şair oxucularına yeni kitabları barədə məlumat verib. Ramiz Rövşən bildirib ki, bu qədər oxucunun sevgisini görürəm və çox sevinirəm: “Uşaqlara şeiri sevdirmək onları körpəlikdən peyvənd etməkdir. Övladlarınıza sevgi öyrədin, sevgi aşılayın. Mən uşaqlarımızı güclü və rəhimli olmağa çağırıram”.

Görüşdə şair ona ünvanlanan sualları cavablandırıb. O, bilduşirib ki, sevdiyim şairlər çoxdur: “Hər zaman qəlbimdə olan iki şair olub: biri Füzuli, digəri Müşfiqdir”.

Qeyd edək ki, görüşdə tanınmış ziyalılarla bərabər uşaqlar da iştirak edib. Uşaqlara kitablar hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə