“Nobel qardaşlarının ilk uğuru” - FİLM

Azərbaycan istehsalı olan “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi Avstraliyanın “Changing Face International” film festivalında ilk mükafatını alıb. SİA-nın məlumatına görə, ekran əsəri bütün mərhələləri keçərək “Ən yaxşı qısa sənədli filmi” kateqoriyası üzrə finala vəsiqə qazanaraq birincilik uğrunda yarışacaq.

Filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovdur. Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Mammadovdur. Filmin mətnini isə Eldost Bayram oxuyub.

Bütün xəbərlər Facebook səhifəmizdə