"Ulu Öndər kitabxana şəbəkələrini də məhv olmaqdan qurtardı" - AÇIQLAMA

“Çağdaş kitabxana quruculuğunun özülü də məhz 70-ci illərin əvvəllərində, Ulu Öndərin birinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə qoyulub. Bu dövrdə bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov bu gün kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsinə açılan sərgidə çıxışı zamanı deyib.

O, əlavə edib ki, 1993-cü ildə Azərbaycanda yaranan çox mürəkkəb tarixi şərait və hərci-mərcilik şəraitində Azərbaycanın kitabxana şəbəkələri də məhv olmaq dilemması ilə üzləşmişdi: "Məhz bu dövrdə Ulu Öndərimizin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlaması bütövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxana şəbəkələrini də məhvdən qurtardı".

Bütün xəbərlər Facebook səhifəmizdə