Bakıda Amerika film festivalı keçiriləcək - ANONS

Bakıda ABŞ-ın ölkəmizdəki səfirliyinin “Park Cinema” ilə əməkdaşlığı çərçivəsində ilk Amerika film festivalı keçiriləcək. SİA-nın məlumatına görə, filmlər mayın 1-dən 5-dək “Flame Towers”də yerləşən “Park Cinema”da nümayiş olunacaq.

Məlumat üçün bildirək ki, “İlk adam”, “Yaraşıqlı oğlan”, “Yaşıl kitab”, “Simonu sev” və “Bir ulduz doğulur” kimi müxtəlif filmlər ingilis dilində (rus dilində altyazı ilə) təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə