"Bu, əlaqələrin daha da səmərəli təşkilinə yönələcək" - MÖVQE

“Hazırda hər iki ölkənin bir sıra böyük mədəniyyət müəssisələri arasında, o cümlədən direktoru bu gün görüşdə iştirak edən Azərbaycan Milli Kitabxanası ilə Macarıstan Milli Kitabxanası arasında memorandum mövcuddur və bu sahədə müəyyən işlər görülür, ancaq bu gün imzalanacaq proqram sənədi dövlət səviyyəsində bu əlaqələrin daha da səmərəli təşkilinə yönələcək". SİA-nın məlumatına görə, bu sözləri Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Macarıstan İnsan Resursları Nazirliyinin Beynəlxalq məsələlər üzrə Dövlət Katibi xanım Orsolya Paçay-Tomaşiçlə görüşü zamanı deyib.

Nazir müavini görüş zamanı baş tutan fikir mübadiləsinin iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafına töhfə verə biləcəyinə ümidvar olduğunu qeyd edərək, bu istiqamətdə hər iki tərəfdən nümayiş etdirilən xoş məramın xüsusi əhəmiyyət kəsb etdiyini dilə gətirib.

Vaqif Əliyev Səmimi qəbul üçün Macarıstan tərəfinə minnətdarlığını bildirib, iki ölkə arşında təşəkkül tapmış strateji tərəfdaşlıq və dostluq münasibətlərindən məmnunluğunu ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə