“Yanqi əsr avlodi” nəşriyyatında yeni çapdan çıxan “Anvarmirzo xikoyatlari” altıcildliyinin beşinci cildi çapdan çıxıb. Özbəkistanın Xalq şairi Camal Kamalın bu yeni kitabında şairin, poemaları, qəzəlləri, müxəmməsləri, qəsidələri və hekayələri toplanıb. SİA-nın məlumatına görə, topluda şairin “Azərbaycan” qəsidəsi də çap olunub.

Qeyd edək ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə 2015-ci ildən dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si özbək dilinə tərcüməsi və nəşri layihəsi həyata keçirilir. Əsərlər özbək dilinə Camal Kamal tərcümə edir. “Xəmsə”nin əksəriyyəti artıq çap edilib və qalanları isə çapını gözləyir. Azərbaycanın yaxın dostu Camal Kamal bir neçə il əvvəl AMM-nin dəstəyi ilə Azərbaycanda səfərdə olub, Bakıda görüşlərdə iştirak edib və paytaxtımızda şairin 80 illik yubileyi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə