"Bütün regionlarında işləmək lazımdır" -MÜNASİBƏT

"Azərbaycan ötən il “Bolşoy Ural” forumunun rəsmi tərəfdaşı kimi çıxış edib. Bu il isə tədbirdə nümayəndə heyəti ilə təmsil olunması Azərbaycan tərəfindən bu regiona olan diqqətdən xəbər verir. 2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işlərinin intensivləşdirilməsi istiqamətində tədbirlərin keçirilməsi planlaşdırılır". Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

O, əlavə edib ki, Rusiyadan Azərbaycana turistlərin cəlb edilməsi üçün tək mərkəzdə - Sankt-Peterburq və Moskva şəhərlərində deyil, həmçinin bütün regionlarında işləmək lazımdır: "Ötən dövr ərzində Şimali Qafqaz regionu, Həştərxan vilayəti, Altay diyarı ilə turizm əlaqələri intensivləşdirilib, Sverdlovsk vilayəti, həmçinin Yekatirinburq şəhəri ilə də turizm əlaqələrinin artırılması istiqamətində işlər görülür".

Bütün xəbərlər Facebook səhifəmizdə