Azərbaycan guşəsinin açılışı olacaq

Qazaxıstanın paytaxtı Nur-Sultanda IV Beynəlxalq Avrasiya Kitab Sərgisi (Eurasian Book Fair-2019) keçirilir. 13 ölkədən 90 şirkətin iştirak etdiyi sərginin açılışında çıxış edən Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamedulı hər il ənənəvi təşkil edilən sərgisinin əhəmiyyətini vurğulayıb. SİA-nın məlumatına görə, sərgidə ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov 650 illik yubileyi qeyd olunan Azərbaycan şairi Nəsimi haqda danışıb.

Sərgidə Qazaxıstan Milli Akademik Kitabxanasında saxlanılan nadir kitablar və əlyazmalar nümayiş olunub. Bunlardan ən çox maraq doğuran antropodermik cildləmə - (insan dərisindən hazırlanan kitab cildləmə) XVI əsrə aid olan əlyazmadır. Milli Akademik Kitabxana 325 səhifədən ibarət olan bu kitabın kağızının ekspertizasını etdirməyi planlaşdırır. Dünyada 10 ədəd olan bu kitablar məşhur kitabxanalarda saxlanılır ki, onlar tibb, anatomiya elmi əsərlərində istifadə edilib.

Qeyd edək ki, sərgi çərçivəsində Azərbaycan guşəsinin açılışı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə