"20-dən çox ölkədə Azərbaycanın şənbə-bazar məktəbləri təşkil olunub" - AÇIQLAMA

"Birinci Vitse-prezident Mehriban Fransa-Azərbaycan əlaqələrinin inkişafı yolunda böyük töhfələr verib. Nant şəhərində 200-dən çox azərbaycanlı ailəsi yaşayır. Azərbaycan məktəbini oradakı azərbaycanlı icmanın nümayəndələri idarə edirlər. Biz sadəcə olaraq texniki məsələlərdə və mənəvi olaraq onlara yardımçı oluruq.

Fransada fəaliyyətə başlayan Azərbaycan məktəbi ilk analoji məktəb deyil. Ötən il İsveçrənin Bern şəhərində "Qarabağ"adlı ilk məktəbimiz açılıb". Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu gün "Azərbaycan Diaspor Könüllüləri "Proqramının təqdimat mərasimində deyib.

Komitə sədri əlavə edib ki, Fransada erməni lobbisinin mütəmadi olaraq Azərbaycanın suverenliyinə göstərdikləri təzyiqləri zərərsizləşdirmək üçün belə bir məktəbin açılması zəruri idi. "Gələcəkdə digər xarici ölkələrdə də Azərbaycan məktəblərinin açılması ilə bağlı planlarımız çoxdur".

Fuad Muradov vurğulayıb ki, dünyanın 20-dən çox ölkəsində Azərbaycanın şənbə-bazar məktəbləri fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə