Müəlliflik hüququ ilə bağlı materiallar nümayiş olunur - SƏRGİ

Bu gün Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur. Bu məqsədlə, bu gün Milli Kitabxanada “23 aprel-Dünya Kitab və Müəlliflik Hüququ Günüdür” adlı kitab sərgisi açılıb. Kitabxanadan SİA-a bildirilib ki, sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş dünya ədəbiyyatı nümayəndələrinin əsərləri, müəlliflik hüququ ilə bağlı kitablar və qəzet-jurnal materialları nümayiş olunur.

Qeyd edək ki, sərgi bir həftə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə