"Sağlamlıq turizmi ildən-ilə populyarlaşır" - AÇIQLAMA

"Dünyada sağlamlıq turizmi artan templə inkişaf edir, ildən-ilə populyarlaşır. Təxminən özündə 500 milyarda yaxın dövriyyə yaradan bir sahədir. Bu sahənin əsas özəlliyi ondadır ki, bura bu məqsədlə gələn turistlərin mövsümdən asılı olmadan qalma günləri daha çox olur. Xarici valyutanın gətirilməsində, turist sayının artmasında maliyyə cəhətdən faydalı sayılır. Azərbaycanda bunun üçün kifayət qədər resursların olduğunu düşünürük və Naftalan, Qalaaltı kimi dünya səviyyəsinə çıxarılacaq unikal sularımız var". Bu fikirləri Qlobal Sağlamlıq Turizm Şurasının baş katibi Ceyhun Aşurov deyib.

Müəyyən tibbi xidmətlərimiz var ki, buna da sərmayə qoyulur. Bu yöndə Azərbaycan da dünya turizm xəritəsində öz yerini tuta, eyni zamanda, bu cəhətdən müqayisəli üstünlüklərə malik olduğu sahələrin dünyada təbliğini apara bilər. Düşünürəm ki, Azərbaycan bu yolda öz fəaliyyətini, təşəbbüslərini artırmalıdır, platformalarda öz çıxışlarını etməlidir. Azərbaycan bir çox platformalarda iştirak edir, bütün turizm tədbirlərində öz stendi ilə ölkəni tanıdır. Keçən il tarixi bir hadisə baş verdi. Belə ki, Azərbaycan 58 ölkənin dəstəyi ilə yaradılmış Beynəlxalq Sağlamlıq Turizm Şurasının sədri seçildi. Buna görə də bu gün Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası keçirilir. Bu, bizə imkan verəcək ki, xarici ölkələrin sağlamlıq turizmi ilə bağlı diqqətini ölkəmizə yönəldək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...