Azər Zadənin Böyük Teatrın səhnəsində uğurlu çıxışı - VOKAL

Azərbaycanın opera müğənnisi Azər Zadənin Rusiya Böyük Teatrının səhnəsində ilk çıxışı uğurla keçib. SİA-nın məlumatına görə, azərbaycanlı opera müğənnisi, Milanın “La -Skala” teatrının solisti Azər Zadənin Böyük teatrda Cuzeppe Verdinin “Traviata” operasında Alfredin partiyasını ifa edib. Azər Zadə (Rzazadə) Bakı Musiqi Akademiyası, Ozimo Opera Sənəti Akademiyası və Milanın La-Skala Akademiyasının məzunu, bir çox beynəlxalq müsabiqələrin qalibidir. İtaliyanın opera səhnələrində “Traviata”, “Makbet”, Boqema” və digər əsərlərdə aparıcı partiyaların ifaçısı olan Azər Zadə Avstriya, Fransa, Yunanıstanda qastrol səfərlərində olur. Bu günlərdə isə o, Azərbaycanın Xalq Artisti Dinara Əliyevanın “Opera Art” beynəlxalq festivalının Moskvada keçirilən açılışında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə