“Murov qartalı”na həsr olunan “Komandir” NƏŞRİ

Bu günlərdə "Komandir" adlı kitab işıq üzü görüb. Kitabın müəllifi Şərif Ağayarlıdır. Qəhrəman Raquf Orucovun şərəfli döyüş yolundan bəhs edən roman dörd hissədən ibarətdir. Birinci hissədə polkovnik-leytenant Raquf Orucovun uşaqlığı, gəncliyi və Ağdamda iştirak etdiyi döyüşlər əks olunub. İkinci və üçüncü hissə onun kəşfiyyatçı kimi Murovdakı fəaliyyətindən, dördüncü hissə isə qəhrəmanın həyatının digər dövrləri və onun əbədiyyətə qovuşduğu Talışdağ uğrundakı döyüşlər haqqındadır. Ömrünün 25 ilini torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərə sərf edən, “Murov qartalı” adını qazanan Raquf Orucovun həyatı və fəaliyyəti “Komandir” romanında real faktlar əsasında qələmə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...