Festivalda 4,6 milyard dollarlıq müqavilə - FİLM

Çinin paytaxtı Pekində keçirilən 9-cu beynəlxalq film festivalı çərçivəsində ümumi dəyəri 4,6 milyard ABŞ dolları olan 44 müqavilə imzalanıb. Bu rəqəm ötənilki 8-ci beynəlxalq festival zamanı qeydə alınmış rəqəmdən 18,5 faiz çoxdur. SİA-nın məlumatına görə,imzalanan müqavilələrin əhatə etdiyi filmin istehsalına 77 şirkət cəlb olunub.

Qeyd edək ki, aprelin 13-də Pekində işə başlayan birhəftəlik ənənəvi film festivalı çərçivəsində Pekinin 30 kinoteatrında 85 ölkədən 775 film, o cümlədən son illər bir çox beynəlxalq müsabiqələrin laureatı olan filmlər, klassik ekran əsərləri nümayiş olunur. Tədbirin əsas hadisəsi isə 15 filmin “Səma məbədi” mükafatı uğrunda apardığı müsabiqədir. Ən yaxşı film, rejissor, kişi və qadın rolları, ssenari müəllifi və s. nominasiyalarında qalibləri tanınmış kino mütəxəssislərindən, rejissor və aktyorlardan ibarət münsiflər heyəti seçəcək. Münsiflər heyətinə iki “Oskar” və üç “Qızıl qlobus” mükafatına layiq görülmüş “Kral aslan” (“The Lion King”) animasiyasının rejissoru Rob Minkof rəhbərlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə