Tanınmışlar asudə vaxtlarını nece kecirir? - ÖZƏL- SORĞU

Cəmiyyətimizdə tanınan insanlar barədə yazılanlar, deyilənlər hər zaman maraqla qarşılanıb. Onların şəxsi və iş həyatları, asudə zamanlarının necə dəyərləndirmələri də diqqət çəkən məqamlardandır. Bu baxımdan tanınmış insanların, idmançıların asudə zamanlarını necə keçirmələri barədə topladığımız məlumatları SİA oxuculara təqdim edir.

Dünya şöhrətli yazıçımız Çingiz Abdullayev isə asudə zamanını kitab oxumaq və dünyanı dolaşmaqla keçirir. “Zamanı həmişə dəyərləndirmək lazımdır. Ağıllı insanın boş vaxtı olmur. Belələri qabaqcadan nə edəcəyini və hansı addımlar atacağını planlı şəkildə müəyyən edirlər ”, - deyə yazıçımız bildirir. O, qeyd edir ki, maraqlı insanlar tək qalanda da özlərini tənha hiss etmirlər. Belə adamların beyinlərində daim yaradıcılıq fikirləri və müxtəlif planlar olduğunu deyən Çingiz müəllim yalnız tənbəl adamların asudə zamanlarını maraqsız keçirdiklərini bildirir. 150 kitabın müəllifi olan yazıçı kitab oxumağın insan beyninə və dünyagörüşünə müsbət təsir etdiyini söyləyir. Asudə zamanını mənalı keçirməyə çalışan yazıçımız gənclik illərində idmanla məşğul olub. Boks, futbol və atıcılığa böyük maraq göstərən Çingiz müəllim idmanın ən gözəl məşğuliyyət olduğunu bildirir və özünün futbol azerkeşi olduğunu deyir.

Hərbi xəbərlərin diktoru və vətənpətvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı isə asudə vaxtlarında təbiətin qoynunda olmağa, balıq tutmağa üstünlük verir. Təbiət vurğunu olan Şəmistan müəllim mahnılara qulaq asmağı da xoşlayır. O, dostlarıyla zaman keçirməyə də üstünlük verir. Təbiət qoynunda olanda sevdiyi mahnıları züm-zümə edir. “Borçalı mahalında doğulmuşam. Bəlkə də buna görə aşıq havalarına daha çox qulaq asıram”, - deyə Şəmistan müəllim bildirdi. O, asudə zamanını mənalı keçirməyi sevir. Musiqi, poeziya onun ən böyüh hobbisidir. Şəmistan müəllim asudə zamanlarında muğamata qulaq asmağı da xoşlayır. Maşın sürməyi isə qətiyyən sevmədiyini deyir. Gəncliyini at belində keçirən Şəmistan Əlizamanlı bildirir ki, məcbur olmadıqca maşın sürmürəm. “Təmiz havada gəzməyi daha çox xoşlayıram. Bu, həm də sağlamlığa faydalıdır”, - deyə o qeyd edir.

Olimpiya cempionu Fərid Mansur asudə zamanında detektiv janrının məşhur yazıçısı Çingiz Abdullayevin əsərlərini oxuyur. Olimpiya cempionumuz qeyd edir ki, bu əsərlər maraqlıdır və insan oxuduqca, oxumaq istəyir. Bundan başqa Fərid asudə zamanını ov etmək və balıq tutmaqla keçirir. Maşın sürmək, musiqiyə qulaq asmaq da onun asudə vaxtlarını dolduran vasitələrdəndir. Fərid indi asudə zamanını daha çox ailə üzvlərinə ayırmaq istəyir. O, böyüklərini görməyə getməyi də unutmur. Onlarla zaman keçirməyi özünə borc bilir.

Olimpiya mukafatçısı Mövlud Mirəliyev isə asudə zamanında balıq tutmağı xoşlayır. Ovculuqla da məşğul olan idmançı bundan zövq aldığınlı deyir. Quşların ucuşunu seyr etməkdən doymayan Mövlud təbiəti vurğunudur. Təbiət mənzərələrini seyr etməyi sevən, asudə zamanını belə məkanlarda keçirməyə üstünlük verən idmançı tez-tez dostları ilə görüşür. Ailə üzvlərinə də vaxt ayırmağı zəruri hesab edən Mövlud övladları ilə zaman keçirməyin daha gözəl olduğunu deyir.

Müəllif: Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...