ATMU əməkdaşları təqdimatla çıxış edib - TƏDBİR

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı layihənin 2 günlük toplantısı öz işinə başlayıb. Toplantıda Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Avropa Komissiyasının, Milli Erasmus+ Ofisinin və layihənin tərəfdaşları olan Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib. SİA-nın məlumatına görə,toplantının 1-ci günündə layihənin tərəfdaş universistetləri tərəfindən görülən işlər barəsində təqdimatlar keçirib, Azərbaycan Universitetlərində Keyfiyyət İdarəetmə Sisteminin tətbiq edilməsində qarşıya çıxan çətinliklər və Keyfiyyət Təminatı Mərkəzlərinin iş planlarının “Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Qaydalar”-a uyğunlaşdırılmasındakı əsas problemlər və görüləcək işlər haqqında ətraflı müzakirələr aparıb.

Azərbaycan Turizm ve Menecment Universitetini layihə koordinatoru Flora Ələsgərova, rektor müşaviri Elvin Yusifli, Tədris-metodiki şöbənin müdiri Simnar Mamedov və Beynəlxalq söbənin mütəxəssisi Faina Qaçabəyova təmsil edib. Təmsilçilər universitetdə görülən islər barədə təqdimatla da cıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə