Musiqili Teatr Formula 1 Azərbaycan Qran Prisinə hazırdır - ANONS

Aprelin 26-28-də Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə görə ölkəmizə dünyanın bir çox ölkələrindən qonaqlar gələcək. Bu baxımdan, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ölkəmizdə dördüncü dəfə keçiriləcək dünyaca məşhur olan bu beynəlxalq idman tədbirinə yüksək səviyyədə hazırlaşıb, yarış iştirakçılarının, şəhərimizin çoxsaylı qonaqlarının mədəni istirahətlərinin lazımi səviyyədə təmin etmək üçün bütün təşkilati məsələləri həll edib.

SİA-nın məlumatına görə,bildirilib ki, teatr Formula 1 həftəsində xüsusi repertuarla çıxış edəcək. Belə ki, aprel ayının 26-da saat 19:00-da “Kimdir müqəssir?” , 27-də saat 19:00-da “Arşın mal alan”, 28-də saat 19:00-da isə “O olmasın, bu olsun” səhnə əsərləri tamaşaları teatrın səhnəsində nümayiş olunacaq. Tamaşalar qonaqlara ingilis dilində subtitrlər vasitəsilə göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə