Səfir: "İki ölkə arasında əlaqələr uğurla inkişaf edir" - AÇIQLAMA

"İki ölkə arasında əlaqələr digər sahələrdə olduğu kimi mədəniyyət səviyyəsində də uğurla inkişaf edir. Bunun bariz nümunəsi kimi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpası həyata keçiriləcək". SİA-nın məlumatına görə, bu sözləri Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral bildirib.

Səfir əlavə edib ki, birgə layihələr bundan sonra da davam etdiriləcək. Bu gün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpası haqqında Niyyət Məktubu imzalanması da bu inkişafa yeni bir töhfədir.

Bütün xəbərlər Facebook səhifəmizdə