Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur.
Aprelin 18-i saat 18:00-da Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Boulevard Hotel”də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçiriləcək. Tədbir çərçivəsində ölkəmizin mədəni irsinin təbliği, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fərqlənmiş şəxslərin və təşkilatların mükafatlandırılması, “İrs” layihəsi çərçivəsində nəşr edilmiş “Daş keşikçiləri” adlı kitabın təqdimatı keçiriləcək.
Həmçinin Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında və muzeylərdə “açıq qapı” günü elan ediləcək. Tarix-mədəniyyət qoruqlarına və muzeylərə giriş 18 aprel tarixində ödənişsiz olacaq.
Qeyd edək ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük işlər həyata keçirirlər. Ölkə başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində bir sıra layihələr icra olunur. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Bu sahədə beynəlxalq təşkilatlarla da əlaqələr uğurla inkişaf edir. 2000-ci ildə İçərişəhər Qız Qalası və Şirvanşahlar Sarayı ilə birlikdə, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.
Onu da qeyd edək ki, bu il UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakı şəhərində keçiriləcək. Bu münasibətlə Azərbaycana 3 min nəfərdən artıq xarici qonağın gələcəyi gözlənilir.
Xəbər lenti
MGH-də Soyqırımı qurbanları anılıb - FOTO
Səhiyyə 16:42Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
Hadisə 16:42MGH-nin həkimi konfransda məruzə ilə çıxış edib - FOTO
Səhiyyə 16:30Azərbaycan və Ermənistan sülhə yaxındır - HİKMƏT HACIYEV
Siyasət 16:20Güclü külək əsəcək, çaylardan sel keçəcək
Hadisə 16:17Tovuzda 40 yaşlı kişini cərəyan vuraraq öldürüb
Hadisə 16:07Ələsgər Məmmədli ev dustaqlığına buraxılmayıb
Hadisə 16:0612 marşrut xətti üzrə 181 avtobus
Sosial 16:04Paytaxtın mərkəzində qəza olub, sıxlıq yaranıb
Hadisə 16:02Hərbi qulluqçuların vəzifələri artırılır
Siyasət 16:02Bakıda və Abşeronda havada toz müşahidə olunur
Hadisə 15:53”Tale yazısı, dost dünyası”
Ədəbiyyat 15:52Qüsurlu reytinq, yoxsa ictimai maraq? - ARAŞDIRMA
Sosial 15:33Naxçıvan Ali Məclisinə yeni hüquq verilir
Siyasət 15:01Salyan sakinindən 2,5 kq heroin götürüldü
Hadisə 14:59Tarixi yaddaşımızdan silinməyən soyqırım
Siyasət 14:45İnsanlığın faciəsi - ŞƏRH
Siyasət 14:43Cəmi 3 jurnalist ipoteka krediti alıb - DEPUTAT
Sosial 14:32Problemli kreditlərin məbləği 23 % azalıb
İqtisadiyyat 14:25Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
Hadisə 14:04Milli Məclisin növbəti iclası aprelin 5-də keçiriləcək
Siyasət 14:00Azərbaycanda ipotekaya xitam verilən hallar genişlənir
İqtisadiyyat 13:59Şəhid ailələri ilə bağlı bu məhdudiyyət ləğv edilməlidir
Siyasət 13:38Fransa, Sevinc və Qənimət sövdələşməsi - KÜNCDƏN BAXIŞ
Siyasət 13:38Şəhid övladları üçün özəl məktəblərdə pulsuz təhsil
Təhsil 13:36Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Siyasət 13:34Onların maaşları artırılır
Siyasət 13:33Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
Hadisə 13:33Onlar 5 il daha tez pensiyaya çıxa biləcəklər
Sosial 13:31Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - SİYAHI
Siyasət 13:31Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Siyasət 13:29Xatirə Fərəcliyə AYB-də rəhbər vəzifə verildi
Mədəniyyət 13:28Bu qadınlar pensiyaya tez çıxa biləcək
Sosial 13:27AKF-nin İdarə Heyətinin iclası keçirilib
İdman 13:13Tovuzda qanunsuz tikili sökülüb - VİDEO
Hadisə 12:42Sabah Bakıda 18, rayonlarda 25 dərəcə isti olacaq
Hadisə 12:41Qızıl və gümüşün bahalaşması davam edir
İqtisadiyyat 12:39Təkrar emal bizə nə qazandıra bilər?
İqtisadiyyat 12:37Hərbi hissədə komanda-qərargah təlimi - FOTO
Siyasət 12:33Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
İqtisadiyyat 12:28İctimai-iaşə obyektlərinə xəbərdarlıq
Hadisə 12:25AMB iqlim maliyyəsi üzrə standartlar hazırlayır
İqtisadiyyat 12:23Putin Rusiyanın mümkün süqutundan danışıb...
Dünya 12:09Yunanıstanda güclü zəlzələ baş verib
Dünya 11:46"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib
Sosial 11:32Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8320 -0,43%
- GBP 2,1459 -0,06%
- RUB 0,0184 -0,54%
2008-2024. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan.
Email: info@sia.az Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;