Sakit Məmmədovun 170 əsəri nümayiş olunur - TƏDBİR

“Baku Crystal Hall”da dünya şöhrətli rəssam Sakit Məmmədovun əsərləri sərgisi keçirilib. SİA-nın məlumatına görə, ekspozisiyaya rəssamın 170 işi daxıldır. Sakit Məmmədovun 60 illiyinə həsr edilmiş sərgi “Baku Crystal Hall”un rəhbərliyinin və Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə təşkil olunub. Sərginin açılışında Baş nazirin birinci müavini Əli Əhmədov, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və digərləri çıxış ediblər. Onlar fırça ustasının Azərbaycan milli incəsənətinin inkişafına və onun xaricdə təbliğinə sanballı töhfə verdiyini vurğulayıblar. “Yeni era” Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoli Silov Sakit Məmmədovun incəsənətdə yüksək peşəkarlığına və seçdiyi peşəyə sadiqliyinə görə onu “Dövrün yaradıcısı” (“Tvorets epoxi”) ordeni və diplomu ilə təltif edib.

Qeyd edək ki,sərgi martın 25-nə qədər davam edəcək.

Məlumat üçün bildirək ki, Sakit Məmmədovun əsərləri dünyanın bir sıra məşhur qalereyalarında nümayiş etdirilir. Türkiyə, Rusiya, ABŞ, Almaniya, Fransa, İtaliya, İsveç, Avstriya və digər ölkələrdə keçirilən sərgilərin iştirakçısı olmuş Sakit Məmmədovun əsərləri şəxsi kolleksiyalarda və dünya muzeylərində saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə