İş adamı daha üç hərbçiyə ev bağışladı - FOTOLAR

Tanınmış xeyriyyəçi, "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun rəhbəri Füzuli Məmmədov xalqımızın milli bayramı olan Novruz münasibəti ilə daha üç hərbçiyə ev hədiyyə edib. SİA-nın məlumatına görə, keçirilən bayram şənliyində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, diğər dövlət rəsmiləri, tanınmış sənət adamları və hərbçilər öz ailələri ilə iştirak ediblər.

Şənlikdə lotereya oyunu təşkil edilib,15 şanslı iştirakçı televizor qazanıb. Bundan başqa, şənlikdə azyaşlı iştirakçılara müxtəlif maraqlı hədiyyələr təqdim olunub.

Qeyd edək ki, hədiyyə olunan mənzillər tam təmirlidir və vacib məişət əşyaları ilə təmin olunub.

Vətənpərvərlik ruhunda keçən tədbirdə mənzil alan hərbçilər, onların ailə üzvləri, içtimai birlik rəhbərləri Novruz bayramı münasibəti ilə onları sevindirən iş adamı Füzuli Məmmədova minnətdarlığını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə