Nəhayət ki, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi uzun müddətdir ki gözlənilən "Özünü kəşf et" proqramının yeni ustad dərsləri ilə yenidən qarşınızdadır. Hər ay olduğu kimi, təcrübəsindən asılı olmayaraq hər kəs ustadlarımızın rəhbərliyi ilə incəsənət sahəsində bəlkə də heç bir zaman düşünmədikləri perspektivlərdən sənətkar yönlərini öyrənəcəklər. Ustad dərslər hər çərşənbə, 19:00-21:00 saatlarında keçiriləcək. İştirakçılar bütün ləvazimatlarla təmin olunacaqlar.

Proqram :
27 mart – Fərhad Yalquzaq
Mövzu: "Mücərrəd məkan"

3 aprel – Gülarə İsrafilova
Mövzu: "Qırmızı və qara"

10 aprel – Gülnarə Ələkbərli
Linoqravüra

17 aprel – İnna Kostina
Mövzu: "Həyat rəngkarlıq kimi"

24 aprel – Mir Teymur Məmmədov
Mövzu: "Rəngkarlıq və əhval-ruhiyyə"

İştirakçıların sayı məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir.

Qeydiyyat çərşənbə – bazar günü, saat 12:00-dan 20:00-dək aparılır (0502514115)
Ünvan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (Bayıl, YARAT Mərkəzinin yanı)

Bütün xəbərlər Facebook səhifəmizdə