“Nəsimi romans” - MÜSABİQƏ

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə bəstəkarlar üçün “Nəsimi romans” adlı respublika müsabiqəsi elan olunub. SİA-nın məlumatına görə, “Nəsimi ili” çərçivəsində reallaşan müsabiqə gənc bəstəkarları şairin irsi ilə tanış etmək, gələcək fəaliyyətlərində peşə inkişafı, yeni musiqili dil və onun inkişaf yollarını axtarmaq məqsədi daşıyır. Müsabiqədə 20-35 yaşarası akademik səviyyədə bəstəkarlıq təhsili olan, habelə bəstəkarlıq ixtisası üzrə məzun olan gənc bəstəkarlardan ibarət Azərbaycan respublikasının vətəndaşları iştirak edə bilər.

Müsabiqənin əsas ideyası Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası Nəsiminin poeziyasının gənc musiqiçilər tərəfindən öyrənilməsi, romans janrında müasir repertuarların yaradılmasıdır.

Müsabiqənin birinci mərhələsi mayın 23-24-də reallaşacaq. Müsabiqənin ikinci mərhələsi isə mayın 29-30-da keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər mayın 10-dək əsərlərin notlarını və öz tərcümeyi-hallarını [email protected] elektron ünvanına göndərməlidirlər.

Sonda qaliblər pul mükafatı və diplomla təltif olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...