12 türk musiqi aləti muzeyə təqdim olunacaq ANONS

Sabah saat 10:30-da Muzey Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə edilmiş 12 ədəd türk musiqi alətinin təqdimat mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyinin nümayəndələri iştirak edəcəkdirlər. Həmçinin tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının Azərbaycan və türk musiqisindən ibarət konsert proqramı ilə çıxışı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə